Bu gün Türkiyədə 1 May günü ilə bağlı İstanbuldakı məşhur Taksim meydanına toplaşmaq istəyənlərlə polis arasında gərginlik olub.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, meydanda aksiyanın qadağan olunmasına görə polis çəmbəri yaradılsa da, bir qrup aksiyaçı buna məhəl qoymayıb.

Onlar zorla meydana daxil olmaq istəyiblər. Bu zaman yaranan toqquşmada xeyli aksiyaçı saxlanııb: "210 nəfər etirazçı tutulub. Bəzi polislər isə toqquşmalarda yaralanıb".

Zülfiyyə

MİA.AZ