Polis kapitanı Natiq Həsənov İsmayıllı rayon Polis Şöbəsinin DYP bölməsinin rəisi vəzifəsinə təyin olunub.

Bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Qeyd edək ki, N.Həsənov bu təyinatadək Ağdaş rayon Polis Şöbəsinin DYP bölməsinin yol-patrul xidmətinin baş inspektoru vəzifəsində çalışıb(Publka).