ABŞ dövlət katibi Antoni Blinken Səudiyyə Ərəbistanına gəlib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, Ər-Riyadda təşkil edilən Dünya İqtisadi Forumunda sualları cavablandırıb.

Bilinken bildirib ki, Yaxın Şərqdə 1948-ci ildən bəri ən ağır böhran yaşanır: "ABŞ regional və beynəlxalq tərəfdaşları ilə birlikdə Qəzzada münaqişənin bitməsi üçün çalışır".

İsrailin Rəfaha qurudan hücuma keçib-keməyəcəyi haqda suala gəlincə, dövlət katibi deyib ki, mülki əhalinin təhlükəsizliyi təmin edilməzsə, ABŞ bu əməliyyata dəstək verməyəcək.

Lamiyə Əhmədli

MİA.AZ