Meral Akşenerin partiya ldierliyindən getməsi və yeni sədrin seçilməsi İYİ Partiyada bulanıq suları durultmayıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, İYİ Partiyadan Trabzon şəhərinin Yomra rayon Bələdiyyəsinin sədri Mustafa Bıyık da partiyasından istefa verib.

O, partiyanın son seçkidə 3.77 faiz səs alması ilə yanaşı, yeni sıədr seçkisinin də hər hansı bir dəyişiklik yaratmayacağını iddia edib: "Mən yeni rəhbərliyin partiyanı qabağa apara biləcəyinə inanmıram...".

Xatırladaq ki, bir neçə gün əvvəl sədr seçkisi ilə bağlı qurultayda İYİ partiyanın hazırkı sədri Müsavat Dərvişoğlunun rəqibi olan trabzonlu Koray Aydını dəstəklədiyini açıqlayan Mustafa Bıyık İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunu Trabzona səfəri zamanı qarşılayanlardan olub. Bu amli nəzərə alan bəziəri onun CHP-yə keçəcəyini iddia edir.

Zülfiyyə

MİA.AZ