"Bir çox Avropa İttifaqı (Aİ) ölkələri Fələstin dövlətini tanımağa hazırlaşır".
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu sözləri Aİ-nin Ali nümayəndəsi Josep Borrell Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən Dünya İqtisadi Forumunda deyib.
O bildirib ki, bu addım may ayının sonuna kimi gerçəkləşəcək.
Borrel bu ölkələrin adlarını açıqlamayıb.
Ancaq dünya mediası yazır ki, bu ölkələri başında İspaniya, İrlandiya, Sloveniya və Malta durur: "Ola bilsin ki, daha iki ölkə də eyni addımı təkrarlayacaq".
Lamiyə Əhmədli
MİA.AZ