Xarici işlər naziri Ceyhun Bayramov Qətərə işgüzar səfərə yola düşüb.

Mia.az Xarici İşlər Nazirliyinə istinadla xəbər verir ki, səfər çərçivəsində nazirin 30 aprel tarixində Doha şəhərində keçiriləcək Ərəb Dövlətləri Liqası - Mərkəzi Asiya - Azərbaycan Respublikası Əməkdaşlıq və İqtisadi Forumunun 3-cü iclasında iştirak və çıxışı, habelə tədbir çərçivəsində ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.