Prezident İlham Əliyev bu gün sərəncam imzalayıb.
Mia.az xəbər verir ki, sərəncama əsasən, Rasim Vaqif oğlu Hüseynov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.
Digər sərəncamla Ovni Mehbalı oğlu Muradov Naxçıvan Muxtar Respublikası Babək Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.
Qeyd edək ki, Ovni Muradov bu təyinatadək Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini vəzifəsində çalışıb. O, ötən ildən etibarən təhsil naziri vəzifəsini icra edirdi.