Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının üzvü, şair-publisist Namiq Hacıheydərli vəfat edib.
Mia.az xəbər verir ki, bu gün qəfildən halı pisləşərək komaya düşən şair xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Cəmi 49 yaşı olan şair Salyan rayonunda dəfn olunacaq.
O, Azərbaycan Yazçıçılar Birliyinin Muğan bölməsinin yaradıcısı və ilk sədri olub.
7 kitabın, yüzlərlə elmi-publisistik məqalənin müəllifidir.
Allah rəhmət eləsin!