Prezident Rəcəb Tayyib Ərdoğanın ABŞ-a planlanan səfəri təxirə salınıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli açıqlama verib.

O deyib ki, Ərdoğanın mayın 9-da ABŞ-a planlanan səfəri uyğun olmayan qrafiklər səbəbindən hər iki tərəf üçün əlverişli tarixə təxirə salınıb.

Keçeli Türkiyə ilə ABŞ arasında yüksək səviyyəli dialoqun davam edəcəyini də vurğulayıb.

Firudin Səfərli

MİA.AZ