31mart bələdiyyə seçkilərində ümumi səs faizinə görə Türkiyənin 3-cü böyük partiyası statusunu qazanan Yenidən Rifah Partiyasının sədri Fatih Ərbakanın prezident Ərdoğanın 23 apreldə parlamentdə keçirilən qəbula dəvət olunmaması ölkənin siyasi gündəmində geniş müzakirə yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, həmin görüşdə Prezident Tayyib Ərdoğan partiya liderləri ilə çay içib, söhbət edib. Ayrıca CHP lideri Özgür Özəllə xüsusi salamlaşaraq, onunla qarşıdakı həftədə görüşlə bağlı razılaşıb.

Lakin CHP sədri Özgür Özəl, HUDA PAR sədri Zekeriya Yapıcıoğlu, Ankara Böyükşəhər Bələdiyyə Başçısı Mansur Yavaşın, DSP sədri Öndər Ağsaqqal və digər siyasi partiya nümayəndələri şay süfrəsin adıyla qəbula dəvət alsalar da, eyni münasibət Cumhur İttifaqının keçmiş üzvü Fatih Ərbakana göstərilməyib.

Müzakirələr böyüsə də, indiyə qədər tərəflərdən heç biri yüksək səviyyədə məsələyə aydınlıq gətirməyib. 

Yalnız AK Partiyanın parlamentdəki fraksiyasının sədr müavini Abdullah Gülər qısa açıqlama verib. O, həmin görüşün qəfil alındığını iddia edərək bildirib ki, Ərbakanın dəvət olunmamasında nəsə axtarmağa dəyməz: "Burada xüsusi bir şüurlu addım olmayıb".

Yenidən Rifah Partiyasının Gənclər təşkilatının sədri Melih Güner isə sosial media hesabında Alparslan Türkeşlə Bülent Ecevitin Tuqut Özalla söhbət etdiyi, fotonu yayaraq, orda kənarda təklənmiş halda görünən Fatih Ərbakanın atası, sonradan ölkənin baş naziri olmuş Necməddin Ərbakana işarə ilə bugünkü mənzərəyə işıq salmağa çalışıb: "Tarix özünü təkrarlamaqdan ibarətdir. Şay qoy, keçəli. Biz yenidən başlayırıq".

Firudin Səfərli

MİA.AZ