Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatları dəqiqləşdirilir.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

Bildirilib ki, geodeziya ölçmələri əsasında 26 aprel 2024-cü il tarixinə planlaşdırılan işlərin təxminən 35 faizi yerinə yetirilib: "28 sərhəd dirəyi quraşdırılıb. İki dövlətin ekspert qruplarının işi davam edir".