"ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzatdır. Ancaq hər nə olursa olsun, Ukraynada qarşıya qoyulan bütün məqsədlərə nail olunacaq”.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın paytaxtı Astanada keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin müdafiə nazirlərinin toplantısındakı çıxışında deyib.

ŞƏT-in genişlənməyə davam etdiyinə diqqət çəkən Şoyqu bildirib ki, İran artıq quurma üzv olub, Belarusun da ən qısa zamanda üzv olması planlanıb: "ŞƏT regionunda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün lazımi addımlar atılmalıdır, atılır da...".

Rusiya-Ukrayna müharibəsinə toxunan Şoyqu ABŞ-ın Ukraynadaskı savaşın memarı omaqda ittiham edib: "ABŞ əvvəlcə Ukrayna problemini yaratdı, indi isə qəsdən münaqişəni uzadır. Rusiya Silahlı Qüvvələri isə Ukraynada xüsusi hərbi əməliyyatı effektiv şəkildə davam etdirir. Əmin ola bilərər ki, Rusiya orada bütün məqsədlərə nail olacaq”.

Dünyadakı vəziyyətin gərgin olduğunu vurğulayan Şoyqu deyib ki, geosiyasi ziddiyyətlər artır, strateji sabitliyin əsasları dağıdılır, beynəlxalq institutların rolu azalır: "Bu, ABŞ və onun müttəfiqlərinin qlobal dominantlığı saxlamaq və öz suverenliyini müstəqil ölkələrə sırımaq istəyindən irəli gəlir. Nə olursa olsun, Vaşinqton öz məqsədlərinə çatmaq üçün öz tərəfdaşlarına İqtisadiyyat, siyasi, diplomatik üsullar və bəzi hallarda güc tətbiq edir. Bu, bəzi hallarda görünməmiş vəziyyətə çatır. indi də NATO-nun genişlənməyə davam adıyla Rusiya sərhədlərinə yaxınlaşaraq hərbi təhlükəsizliyə təhdidlər yaradırlar. Halbuki, Rusiya NATO üçün təhlükə yaratmır  və NATO ölkələrinə hücum etmək niyyətində deyil. Amcaq onlar dayanmaq istəmir. Və təbii ki, Rusiya bu cür təhdidlərdən çəkinən deyil və lazımı tədbirlər alır".

Şoyqu İsrail və İran arasındakı gərginlikədn də söz açıb: "Yaxın Şərqdə həll olunmamış böhranlar və məsuliyyətsiz təxribatçı hərəkətlər gərginliyin artmasına səbəb olacaq. Biz bütün əlaqədar tərəfləri təmkinli olmağa və problemləri siyasi və diplomatik yollarla həll etməyə çağırırıq...".

Lamiyə Əhmədli

MİA.AZ