Pasterizə edilmiş süddə "Quş qripi" virusu tapılıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə ABŞ Qida Təşkilatı açıqlama yayıb.

Açıqlamaya görə, ölkədə bəzi pasterizə olunmuş süd nümunələrində quş qripi - H5N1 virusunun fraqmentləri aşkar edilib.

Məlumata görə, "Quş qripi" ilk dəfə  südlük inəklərdə aşkarlandıqdan sonra xam və ya pasterizə olunmamış süd nümunələri yoxlanılmağa başlayıb: "Pasterizə olunmuş süd nümunələrində quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri də bu zaman tapılıb. Halbuki, pasterizasiyanın quş qripi virusunu təsirsiz hala gətirəcəyi və onu yoluxucu olmayan hala gətirəcəyi gözlənilirdi. Təəssüf ki, bəzi nümunnələrdə bu var. Görünür, təmizlənmə prosesi ya düzgün, ya da qaydalara uyğun aparılmayıb...".

Xatırladaq ki, ABŞ Kənd Təsərrüfatı Departamenti quş qripinin yayılmasının qarşısını almaq üçün dövlət sərhədlərini keçən inəklərin yoxlamadan  keçirilməsini tələb edən federal sərəncam verib.

Bəs, pasterizasiya nədir? Bu, doğrudan quş qripi və ya digər virusları öldürürmü?

Pasterizasiya 1860-cı illərdə fransız kimyaçısı Lui Pasteur tərəfindən icad edilmiş qızdırma prosesidir və o vaxtdan bəri bəzən ciddi xəstəliklərə səbəb ola biləcək zərərli bakteriya və patogenləri öldürmək üçün geniş istifadə olunur.

Bunlara E. coli, Listeria və Salmonella kimi xəstəlik törədən bakteriyalar və digər patogenlər daxildir.

Daha yaxşı pasterizasiyanın həmçinin quş qripinə səbəb olan virusu öldürməsi və ya təsirsiz hala gətirməsi proqnozlaşırılır. Buna görə də, səhiyyə rəsmiləri pasterizəni mühüm amil kimi təbliğ edirlər...

Lamiyə Əhmədli

MİA.AZ