Türkiyədə səfərdə olan Almaniya prezidenti Frank-Valter Ştaynmayer ana müxalifət partiyası olan CHP sədri Özgür Özellə qapalı görüş keçirib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Almaniyanın Ankaradakı səfirliyində keçiriən görüşün ilk dəqiqələridə maraqlı anlar yaşanıb.

Türkiyə mətbuatı yazır ki, CHP sədri Özgür Özəl Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə görüşərkən bir müddət almanca danışıb. Ştaynmayer partiya sədrinin almanca danışmasından heyrətini gizlədə bilməyib və deyib: “Mükəmməl alman!”.

Məlumata görə, daha sonra mətbuata qapalı 50 dəqiqə davam edən görüş olub.

Görüşün təfərrüatı haqda isə hər iki tərəf informasiya verməyib.

Lamiyyə Əhmədli

MİA.AZ