Rusiya ilə Ukrayna arasında "əsir uşaqlar"la bağlı danışıqlar aparılıb.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, danışıqlar Qətərdə olub.

Rusiyanın Uşaq Hüquqları üzrə müvəkkili (ombudsman) Mariya Lvova-Belova Qətərin paytaxtı Dohada keçrilən mətbuat konfransında uşaqların ailələrinə qovuşması ilə bağlı tərəflər arasında razılaşma olduğunu təsdiqləyib: "Danışıqlar müsbət yekunlaşıb. Razılaşmaya əsasən, Rusiyada olan və ailələrini gözləyən 29 uşaq qarşı tərəfə təhvil veriləcək, bunun qarşılığında Ukrayna tərəfi 19 rus uşağını bizə təhvil verəcək."

O, Qətərə vasitəçilik səyləri üçün təşəkkür edib: "Bundan əvvəl də Qətərin vasitəçilyi ilə 33 uşaq dəyişdirilib..."

Firudin Səfərli

MİA.AZ