"Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur. Kimsə nikaha məcbur edilə bilməz. Qadağandır, məsuliyyət yaradır".

Mia.az xəbər verir ki, bu sözləri DİN-in mətbuat katibi Elşad Hacıyev deyib.

O bildirib ki,  Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb: "Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb".

Xatırlkadaq ki, Bərdədə 45 yaşlı keçmiş məhkum işə gedən 23 yaşlı qızı zorla qaçırmışdı.

MİA.AZ