Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını bəyan edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu haqda Yamaykanın Xarici İşlər naziri Kamina Conson Smit  açıqlama verib.

O bildirib ki, Yamayka uzun müddətdir İsrail və Fələstin arasında davam edən münaqişənin həlli yolunun "iki dövlətli həll yolu"nda görür: "Artıq Fələstin dövləti rəsmən elan olunmçalıdır. Biz Nazirlər Şurasının iclasından sonra Fələstini dövlət olaraq rəsmən tanımaq qərarını verdik".

Firudin Səfərli

MİA.AZ