Xankəndidə silah-sursat aşkarlanıb.
Mia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə Xankəndi şəhəri ərazisindən 4 ədəd müxtəlif markalı avtomat silahı, 2 tüfəng, 2 tapança, 8 qumbara, 3 alışdırıcı, 2 partlayıcı, 18 patron darağı, 1 930 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.