Ceyhun Bayramov Çexiyaya rəsmi səfəri çərçivəsində bu ölkənin Baş naziri Petr Fiala ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

Bildirilib ki, tərəflər ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivlərini, COP29-la əlaqədar məsələləri və münaqişədən sonrakı regional dinamikanı müzakirə ediblər.

***

Xarici işlər naziri Ceyhun Bayramov çexiyalı həmkarı Yan Lipavski (Jan Lipavsky) ilə görüşüb.

Mia.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.

***

Xarici işlər naziri Ceyhun Bayramov Çex Respublikasına rəsmi səfərə yola düşüb.

Mia.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Çex Respublikasının xarici işlər naziri Yan Lipavski və digər yüksək səviyyəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi planlaşdırılır.