"ABŞ-ın Ukraynaya 61 milyard dollarlıq yardım qərarı təhlükəli olmaqla, həm də qanunsuzdur"

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov deyib.

O, ABŞ-ın dondurulmuş Rusiya aktivlərini Ukraynanın xeyrinə istifadə etmək qərarını qəbuedilməz sayıb və bunun geridönüşü mümkünsüz təhlükələrə yol açacağını bildirib: "Bu, iqtisadi sistemin bütün əsaslarının məhv edilməsindən başqa bir şey deyil. Bu, hədədn artıq ziyanlı bir president yaradacaq. Və təbii ki, belə bir qanunsuz qərarın gerçəkləşməsinə cəhd olarsa, cavabsız qalmayacaq".

Polşa prezidenti Anjey Dudanın “Amerikanın nüvə silahlarını ölkəsində yerləşdirməyə hazırdırlar” bəyanatına gəldikdə, Putinin sözçüsü buna ənənəvi brifinqində belə reaksiya evrib: "Bu plan reallaşarsa, rus ordusu vəziyyəti təhlil edəcək və təhlükəsizliyimizi təmin etmək üçün lazımi addımları atacaq".

Ermənistanın Rusiya hərbi bazasının öz ərazisindən çıxarılmasını tələb etməsi ehtimalı barədə suala cavab verən Peskov İrəvandan belə bir siqnal almadıqlarını qeyd edib: "Rusiya prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan ən qısa zamanda görüşəcək və lazımi məsələləri müzakirə edəcəklər".

Zülfiyyə

MİA.AZ