Rusiyanın Voronej şəhərində fabrik yanıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, yanğın nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.
Rusiya Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, yanğın elektrik avadanlıqları istehsal edən zavodda baş verib: "Hadisə yerinə axtarış-xilasetmə qrupları göndərilib. Yanğın söndürülüb, hadisənin səbəbləri araşdırılır".
Lamiyə Əhmədli
MİA.AZ