İsrail Hərbi Kəşfiyyatının rəisi, general-mayor Aharon Haliva istefa verib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə İsrail ordusu açıqlama yatıb.
Açıqlamaya görə, general-mayor Haliva istefa məktubunu Baş Qərargah rəisi Herzi Haleviyə təqdim edib.
Haliva istefa məktubunda otyabrın 7-də HƏMAS yaraqlılarının ölkəsinə qəfil hücumunu istefasında əsas səbəb göstərib: "Tabeliyimdəki kəşfiyyat birliyi öz missiyasını o zaman yerinə yetirə bilmədi. Müharibənin ağrısını əbədi olaraq daşıyacağam. İndi məsuliyyəti boynuma götürmək və istefamı rəsmiləşdirmək istəyirəm..".
Tahir Şəlvəli
MİA.AZ