BƏƏ və Omandan sonra güclü sel və fırtına İranı da vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, daşqın ölkənin cənub-şərqindəki Sistan-Bəlucistan əyaləti və Hörmüzqan vilayətində böyük dağıntılara və insan ölümlərinə yol açıb.
İRNA-ya danışan Sistan-Bəlucistan Böhran Mərkəzinin sədri Məcid Muhibbi bildirib ki, daşqın zamanı dəmir yolunda işləyən 3 işçi boğularaq ölüblər: "Onlarla yanaşı, daha 5 nəfər daşıqlan qurbanı olub. Ölənlərədn biri uşaqdır. Boğulmaq təhüləsiylə üzləşən 43 nəfər isə xilas olunub...".
Sistan-Bəlucistan Ətraf Mühit Təşkilatı iə əahliyə xəbərdarlıq edib.
Bidlrilib ki, güclü daşıqnlardan sonra bölgədə olan timsahlar axına qarışaraq "ənənəvi yataqları"ndan sürüklənib: "Əhalidən xahiş edirik ki, sel suları tamamilə çəkilənə qədər bataqlıq ərazilərə, meşəlik cə sulu sahələrə getməsinər...".
Tahir Şəlvəli
MİA.AZ