Almaniyada təxminən 4200 illik "zombi məzarı" aşkarlanıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Saksoniya-Anhalt əyalətinin Abidələrin Mühafizəsi və Arxeologiya Departamenti məlumat yayıb.

Məlumata görə, əyalətin Oppin şəhəri yaxınlığında aparılan qazıntılar zamanı Tunc dövrünə aid olan məzar tapılıb: "Aşklarlanan məzarda insan  40-60 yaşları arasında bir kişiyə aid insan qalıqları tapılıb. Onun bədənin aşağı hissəsində böyük bir daş blok bağlandığı aydın görünür. Bu, görünür, ölünün dirilməsinin qarşısını almaq üçün bağlanıb. Biz bilirik ki, hətta daş dövründə də insanlar kabuslardan qorxurdular. O zaman inanılırdı ki, ölülər bəzən qəbirlərindən çıxır, gecələr zombi kimi ətrafa ölüm və qorxu saçırlar...".

Tahir Şəlvəli

MİA.AZ