Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, hadisə Nyu-Yorkda baş verib.

Adı açıqlanmayan şəxs canlı yayımın qarşında üzərinə benzin tökərək yandırıb: "Yaxınlıqdakı polislər alovlar içində yerdə yatan şəxsə dərhal yanğınsöndürənlərlə müdaxilə edib".

Xəstəxanaya yerləşdirilən şəxsin səhhəti və kimliyi ilə bağlı hələlik heç bir açıqlama verilməyib.

Firudin Səfərli

MİA.AZ