Tovuzda gənc oğlan özündən 12 yaş böyük qadını yandıraraq ona ağır xəsarətlər yetirib.
Məlumata görə, Tovuz rayon Aşağı Quşçu kəndində Şəmkir rayon sakini, 1990-cı il təvəllüdlü T.Məmmədova üzərinə benzin tökülərək yandırılıb.
O, ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib(Report).
Daxili İşlər Nazirliyinin Gəncə Regional qrupundan Mia.az-a bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən şəxs Tovuz rayon sakini, 2002-ci il təvəllüdlü Röyal Tağıyevdir.
"O, polis əməkdaşları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə cinayət işi başlanıb", - rəsmi açıqlamada bildirilib.
Qeyd edək ki, hadisəni törətməkdə şübhəli bilinən şəxsin qadınla qeyri-rəsmi münasibətləri olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.