ABŞ-ın İsraildəki səfirliyi İsrailin İrana səhərə yaxın etdiyi hücumla bağlı xəbərdarlıq yayıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, səfirlik İranın cavab zərbəsi ehtimalını qüvvətli sayıb və İsraildəki ABŞ vətəndaşlarını təhlükəsiz məkanlarda qalmağa çağırıb.

Bununla yanaşı, səfirlik öz əməkdaşları və onların ailələrinin Təl-Əviv, Qərbi Qüds və Beer-Şeba şəhərlərindən başqa ərazilərə səfərlərinə qadağa qoyduğunu açıqlayıb: "Bu, son dərəcə ehtiyatlı tədbirlərimizə bağlıdır..."

Xatırladaq ki, İsrail bu gün səhəər yaxın İranın İsfahan şəhərinə PUA-larla hücum edib, bölgədə partlayış səsləri eşidilib. İran səmada olan PUA-ları vurduğunu bəyan edib. İsrail isə hələlik hər hansı açıqlama verməyib.

Lamiyə Əhmədli

MİA.AZ