Türkiyənin Azərbaycandakı səfirliyinin yeni mətbuat müşaviri Alptekin Cihangir İşbilir Bakıya gəlib.

Məlumata görə, türkiyəli diplomat ölkənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb və artıq vəzifəsinin icrasına başlayıb.

Xatırladaq ki, bundan öncə həmin vəzifəni Hüseyn Altınalan tuturdu.