Xankəndidə yenidən silah-sursat aşkarlanıb.

Mia.az Daxili İşlər Nazirliyinə istinadla xəbər verir ki, keçirilən tədbirlərlə aprelin 18-də Xankəndi şəhəri ərazisindən 7 ədəd müxtəlif markalı avtomat silahı, 1 tüfəng, 1 qumbaraatan, 7 qumbara, 6 alışdırıcı, 26 patron darağı, 8 mərmi, 740 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.