Yaz mövsümü ilə əlaqədar aprelin 20-də paytaxtda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mia.az-a verilən məlumatda paytaxt sakinləri, müəssisə, idarə və təşkilatların kollektivləri, həmçinin sahibkar və özəl sektorda çalışanlar iməciliyə dəvət olunub.