Prezidenti İlham Əliyev Şuşa şəhərinin 2024-cü il üçün “İslam Əməkdaşlıq Təşkilatının gənclər paytaxtı” seçilməsi ilə sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla Nazirlər Kabinetinə tədbirlə bağlı fəaliyyət planı hazırlayıb həyata keçirilməsi tapşırııb.

Qeyd edək ki, 2023-cü il noyabrın 10-da İstanbulda keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Gənclər Forumu İcraiyyə Şurasının 11-ci iclasında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri yekdilliklə İslam Əməkdaşlıq Təşkilatının “Gənclər Paytaxtı 2024” Beynəlxalq Proqramına 10-cu ev sahibi seçilib.