Xəöbər verildiyi kimi, Rusiya sülhməramlıları Azərbaycan çıxarılır.

Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada gündəmlə bağlı jurnalistlərin suallarını cavablandırarkən danışıb.

O, Azərbaycanın Qarabağ bölgəsində yerləşdirilən Rusiya hərbi birləşmələrinin geri çəkilməyə başlanması haqda xəbəri təsdiqləyərək deyib: “Bəli, həqiqətən belədir”.

Xatırladaq ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən 2-ci Qarabağ müharibəsindəki zəfərdən sonra  Azərbaycan, Ermənistan və Rusiya liderləri 2020-ci il noyabrın 10-da üçtərəfli bəyannamə imzalayıb.

Bəyannaməyə əsasən, Qarabağda erməni əhalisi olan yaşayış məntəqələrinin və Laçın dəhlizi kimi tanınan Xankəndi-Laçın yolunun təhlükəsizliyini təmin etmək üçün bölgəyə 1960 əsgərdən ibarət “Rusiya sülhməramlı qüvvələri yerləşdirilib. Beş il müddətinə yerləşdirilən bu qüvvələrin  səlahiyyət müddəti 2025-ci il noyabrın 10-da başa çatacaqdı...

Lamiyə Əhmədli

MİA.AZ