Türkiyə ordusu İraqın PKK-nın məskən saldığı bölgələrinə quur əməliyyatına hazırlaşır.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə Milli Müdafiə naziri Yaşar Gülər ​​Türkiyə Böyük Millət Məclisində AK Partiya Qrup Toplantısında jurnalistlərin suallarını cavablandırıb.

Terrorla mübarizə ilə bağlı fəaliyyətlərin fasiləsizliyinə diqqət çəkən nazir bildirib ki, İraqa gözlənələn əməliyyatla bağlı planları qurulub: "Bazar ertəsi biz uzun illərdən sonra ilk dəfə İraqla strateji saziş imzalayacağıq. İraqlı dostlarımız ilk dəfə PKK-nın terror təşkilatı olduğunu deməsə də, ona yaxın bir termini qəbul etdilər. Bu da sevindirici haldır. Əlbəttə, biz İraqın ərazi bütövlüyünü tanıyır və qəbul ediirk. Ancaq 30 km-lik təhlükəsizlik zolağı bizim üçün vacib xəttdir. Bütün bunlar cənab Ərdoğanın İraqa səfərində detallı müzakirə olunacaq...".

Müdafiə naziri əlavə edib ki, İraq ərazisində, xüsusilə Qara və Kandilə işarə edərək, orada xeyli kök salan PKK terrorçularının kökünü kəsəcəklərini gizlətməyib: "Biz onlara məşğuluq və problemi birdəfəlik həll edəcəyik".

Lamiyə Əhmədli

MİA.AZ