Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü ilə bağlı qətnamə layihəsi sabah qurumun Təhlükəsizlik Şurasında (BMT TŞ) səsə qoyulacaq.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstinin BMT-dəki Daimi Nümayəndəliyi məlumat paylaşıbn.
Bildirilib ki, qətnamə layihəsi Ərəb Liqası adından Əlcəzair tərəfindən hazırlanıb: "Qətnamə Fələstinin BMT Baş Assambleyasının tamhüquqlu üzv qəbul edilməsindən bəhs edir"
Qanun layihəsi aprelin 18-də BMT Təhlükəsizlik Şurasında səsə qoyulacaq. Lakin üzvlük məsələsi gündəmə gələn kimi ABŞ administrasiyası veto siqnalı verib. ABŞ-ın BMT-dəki rəsmisi Robert Vud bu barədə açqılama verib.
Zülfiyyə
MİA.AZ