Afrikada daha bir təhükəli epidemiya sürətlə yayılır.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Uqandada qısa zamanda 7 min 500-dən çox adam "Qırmızı göz" xəstəliyinə yoluxub.

Bildirilib ki, bu rəqəm son 3 həftədə Uqandada xəsətəxanaya müraciət edənlərdir: "Ancaq minlərlə insan var ki, hələ də xəstəxanaya ya üz tutmayıb, ya da növbədə gözləyir..."

Uqanda Səhiyyə Nazirliyi açıqlamasında "qırmızı göz" xəstəliyinin təhlükəli həddə yayıldığını etiraf edib: "3 həftə içində yoluxma sayının 954-dən 7 min 596-ya yüksəlib. Bu virus əsasən həbsxanalarda, məktəblərd, bazarlar və sair kütləvi yerlərdə kütləvi artır".

Nazirlik bu xəstəliyə tutulanlara tövsiyə verib: "Qara eynək taxın, daha çox yatmağa çalışın, istifadə etdiyiniz əşyaları başqalarından ayırın..."

Firudin Səfərli

MİA.AZ