Ermənistanın baş naziri Nikol Paşinyanın 1915-ci il hadisələri ilə bağlı indyə qədərki "ənənəvi çıxışlar"dan fərqli yanaşma ortaya qoyub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu barədə “Facebook” səhifəsində “Ermənistan  Respublikasının sosial psixologiyası” adlı müraciətini yayıb.

Müraciətində XVII əsrin əvvəllərində İran şahı Abbas tərəfindən ermənilərin İrana köçürülməsinin xalqın sosial psixologiyasına dərin təsirlər göstərdiyini əsas gətirən Paşinyan 1915-ci il hadisələrinə toxunub. Baş nazir erməni daşnakları tərəfindən uydurulan 1915-ci il hadisələri üçün  “soyqırım” əvəzinə, “Böyük Fəlakət (Meds Yeghern)” və “qırğın” sözləri işlədib. 

Paşinyanın bu yanaşmasını ökə müxaifəti qısa zamanda "topa tutub". Ancaq hökumət mənsubları bu etirazları cavabsız buraxıb.

Firudin Səfərli

MİA.AZ