TRT əməkdaşlarına hücum olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, Qəzzadakı Nüseyrat düşərgəsində yayıma hazırlaşan "TRT Ərəb" kanalının maşını İsrail ordusuna məxsus tankın atəşinə məruz qalıb.

Məlumata görə, hücum nəticəsində TRT ilə müstəqil operator kimi əməkdaşlıq edən Sami Şahada ağır yaralanıb: ""TRT Ərəb" kanalının müxbiri Sami Berhum və jurnalist Məhəmməd əs-Savalihi isə hücumdan yüngül xəsarətlə xilas olub".

Xatırladaq ki, indiyə qədər Qəzzada 140 jurnalist həyatını itirib.

Tahir Şəlvəli

MİA.AZ