Qəzzada daha bir jurnalist həlak olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Fələstin hökumətinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Məhəmməd Əbu Sahil adlı fələstinli jurnalist İsrail qüvvələrinin Qəzzada Şifa xəstəxanasına basqını zamanı həyatını itirib.

Bununla da 7 oktyabrdan bu yana Qəzzada həlak olan jurnalistlərin sayı 138-ə çatıb.

Firudin Səfərli

MİA.AZ