CHP-nin keçmiş sədri Kamal Klıçdaroğlunun fanatları olduğu iddia olunan “Kılıçdaroğlu Könüllüləri” İstanbulda bütün diqqətləri üzərlərinə çəkən "Səni kürəyindən bıçaqlayanlara səs yoxdur!! afişaları ilə böyük müzakirələr yaradıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, iqtidaryönlü media bunu Kılıçdaroğlunun partiya sədrliyindən zorla "devrilməsi"nə cavab olaraq qabartmağa başlayıb.

CHP-nin keçmiş sədri Kamal Kılıçdaroğlu isə sosial media hesabından afişalara operativ reaksiya verib.

O, həmin afişaların saxta olduğunu bəyan edib və seçkiyə sayılı günlər qallmış bunu təxribat sayıb: "Saxta pankart sahiblərinə, saxta pankartlardan mədət umanlara, seçkiləri manipulyasiya edənlərə, bədniyyətlilərə deyirəm: sonadək partiya və onun namizədlərinin yanındayam, hamısını da dəsətkləyirəm!".

CHP-nin sabiq sədri ona öülm arzulayanlara da cavab verib: "Oxuduğum şərhlərdə ölməyimi istədiklərini deyən trollara deyirəm: bəli, bir gün öləcəyəm, amma heç vaxt bunu unutma, ölənə qədər sizin kimilərlə döyüşməyə davam edəcəyəm!

Bunu heç vaxt unutma: Cümhuriyyət Xalq Partiyası alınmaz qala kimi əbədi olaraq yaşayacaq...”

Kılıçdaroğlunun paylaşımını aşağıda olduğu kimi təqdim edirik:

Zülfiyyə

MİA.AZ