Sumqayıt Tibb Mərkəzinin tabeliyində olan Uşaq Xəstəxanasının ərazisindəki ağaclıq sahədə saat 16:25-də mühafizəçi tərəfindən keçirilən baxış zamanı 33-36 həftəlik döl aşkar edilib.
Sumqayıt Tibb Mərkəzindən bildirilib ki, hüquq-mühafizə orqanları tərəfindən əraziyə baxış keçirilib.
Hadisəyə müvafiq hüquqi qiymət veriləcək.
Qeyd edək ki, Uşaq Xəstəxanasında hamiləliyin sonlandırılması icra olunmur.