NOW TV-də (FOX TV) yayımlanan və baş rollarda Çağatay Ulusoy, Sümeyye Aydoğan, Onur Saylak və Erdal Özyağcıların yer aldığı "Qəddar" serialının heyəti genişlənir. 

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, seriala məşhur aktyor İbrahim Çelikkol da qatılıb.

Məlumata görə, Çelikkol "Qəddar"da "yeraltı dünyası"nda amansızlığı ilə məşhur olan "Zəkkum Qardaşları"nın böyük qardaşı "Qorqud"u canlandıracaq: "Heç vaxt gülümsəməyən, ancaq ölümünə qardaşlarına sadiq qalan "Qorqud" obrazı serialda vəziyyəti kökündən dəyişəcək...".

Xatırladaq ki, serial uzun müddət hərbi xidmətdə olan və sonradan evə qayıdan "Dağhan"ın (Çağatay Ulusoy) həyatından bəhs edir. O, evə döndükdən sonra sevdiyi qız Aydan (Sümeyye Aydoğan) ona demədən çəib gedir, qardaşı Rüzgar (Fatih Berk Şahin) qaranlıq bir dünyaya düşür. Bununla da "Dağhan"ın həyatını kəskin dəyişir, o, qəddarlaşır...

Ləman

MİA.AZ