Əli  Cabbarov,

Naxçıvan Dövlət Universitetinin dosenti

***

Tarixən özünü hamıdan daha ağ və daha ağıllı sayıb başqalarının əməyini mənimsəməklə “mədəniyyət” qurmuş Avropa özündən yüz və min kilometrlərlə uzaqdakı inkişafın da ən qara düşməni kimi tanınmışdır.

Yüzillər  boyu  guya Avropasız nə iqtisadiyyat, nə mədəniyyət nə də idmanı təsəvvür edə bilməyən dünya, əslində, təbii sərvətlərdən bu qədər yoxsul bir qitənin ən qorxulu müharibələrin və konfliktlərin də mənbəyi olduğunu yaxşı bilir. Məkrli siyasəti və ikili standartları ilə hər sahədə dırnaqarası ad çıxarmış Avropa dünya siyasətində oynadığı ədalətsiz oyunlarla hər kəsi udmağa çalışsa da hər hücumunda yediyi əks həmlələrlə daha da kiçilir və özündən böyüklərin köməyinə möhtacı olduğunu hər kəs açıq görür.

Hakimin böyük  qayğısı ilə Azərbaycanın qüruru Ağdamın “Qarabağ” futbol komandasının Avroliqadakı yolunun kəsilməsi də bir daha göstərdi ki, qoca qitə ölkəmizin hər hansı tərəqqisini,  həm də Qarabağ reallıqları üzərindən həzm etməyə hələ də hazır deyil, tam əksinə, lazım gəlsə istədiyi vaxt qapıların yerini dəyişmək üçün Avroparlamentdə səsvermə keçirib, komandamızın qapısına 11 metrlik cərimə zərbəsi təyin etməyə də belə, gedə bilər.  

Futbol bir yaşıl meydan oyunudur və tərəflərin hansının qələbəsindəni asılı olmayaraq həmişə qalib gələn idman, sağlamlıq, dəyərli keçirilən asudə vaxt və dostluq olmalıdır. Ancaq özünün böyük azarkeş kütləsinə, iqtisadi dövriyyəsinə və çəkişmə motivlərinə görə futbolun artıq çoxdan bir idman növü olmaqdan çıxaraq çoxşaxəli rəqabət və “haqq-hesab” meydanı olduğunu görürük. Futboldakı revanşizmə Ermənistanın Qarabağ məğlubiyyətindən sonrakı revanşizm xəstəliyindən də əvvəl rast gəldiyimizi, yaxud, tarixdəki İngiltərə-Argentina, Almaniya-SSRİ, İran-ABŞ, Spartak (Moskva)-Dinamo (Kiyev), Neftçi-Ararat komandaları arasındakı oyunların gərginliyini xatırlasaq futbolun sadəcə top və qapılardan ibarət olmadığını bir daha görərik.

Odur ki, uzun illər boyu yadda qalacaq oyunlar zamanı ehtirasların bəzən coşaraq azarkeş olan və olmayan hər kəsi özünə çəkməsi də qaçınılmaz olur, adamlar udan və uduzan komandaların oyunlarından daha çox öz subyektiv fikirlərini sübut etməyə çalışırlar.   

Ancaq obyekiv olaraq, deyə bilərik ki, 90 dəqiqənin sonundakı nəticəsi nə olursa-olsun, Ağdamın “Qarabağ” futbol klubu istər ötən illərdəki, istərsə də builki mövsümdə oynadığı təmiz hücum oyunu ilə Azərbaycan futboluna yeni standartlar gətirib. Rəqibinin kim olmasından asılı olmayaraq, hətta azlıqda qalsa da belə, onun üstünə getməklə vacib qələbələr qazanmış “köhlən atlar” aldığı gözəl nəticələrlə hər kəsin ürəyində əsl Qarabağ sevgisi yaratmışdır. “Qarabağın” hələ illər öncə Çempionlar liqasının qrup mərhələsinə çıxması təkcə Azərbaycan futbolunda deyil, bütün Cənubi-Qafqaz ölkələrində ilk hadisə kimi yadda qalmış,  dövlət başçımız cənab İlham  Əliyev komandanı qəbul  edərək xoş arzularını ifadə  etmişdir.

Bu mənada, çox  deyil, elə qonşu Gürcüstandakı tarixi futbol ənənələri və bu ölkədəki futbola marağı nəzərə alsaq, doğma klubumuzun bu prinsipial prestij yarışında bir çoxlarını geridə qoyması olduqca ürəkaçan nəticədir. Fikrimizcə, Avropada məhz “Qarabağ” adı ilə rəqiblərini həyəcana salan Azərbaycan futbolunun sürpriz “zərbələri” də elə bu baxımdan futboldankənar qüvvələri də qorxutmağa başlamışdır.  

Qurban Qurbanovun yetirmələrinə qarşı oynanan futbol kimi Avropa da Qarabağ üzərindən hələ 30 ildən artıq bir müddətdir ki, Azərbaycanla “fair-play”dan xeyli uzaq bir oyun oynamaqdadır. Meydandakı say üstünlüyünə baxmayraq, rəqibinin oyun zəkası və taktikası ilə dəfələrlə böyük hesablı məğlubiyyətlərə uğramış Avropa, siyasi liqlərindəki yaşı keçmiş oyunçularının mərc oyunlarının da qurbanına çevrilmişdir.

“Avropa” — demək, rəqibini formasından çəkərək yıxmaq üçün nə gəldi etməyə hazır olan təcrübəli oyunçu deməkdir. Rəqibini son anda “qırmızı kart”la cəzalandırıb, öz istədiyi nəticəni əldə etməsi isə bu günkü Avropanın mənimsədiyi siyasi, eləcə də sportiv əxlaqın da ən tipik tablosudur. Belə ki, Fransada afrikalı, Almaniyada türk, İngiltərədəki ərəb, İspaniyadakı Cənubi Amerika mənşəli istedadlı oyunçularla futbol əyləncəsi quran Avropa yüzillər boyu da özündən kənar sivilizasiyaların torpaqlarını sümürməklə özünə bahalı həyat əyləncəsi qurmuşdur. Amma nə qədər bahalı olsa da, son nəticədə Azərbaycan kimi büdcəsi az, amma, sözündə qəti olan oyunçulara uduzan Avropa dünyada Ermənistanın əhalisi qədər də özünə azarkeş toplaya bilməyərək həmişə çempionluq yarışında prinsipial rəqibindən geriyə düşmüşdür. Elə futbolda da həmişə Braziliyanın gerisində qalan Avropa ölkələri dünyada onlara qarşı olan bu antipatiyanın səbəbləri üzərində ciddi düşünməlidirlər.  
Azərbaycanın Qarabağa qayıdışı dünyadakı yatmış layları yerindən oynatdığı kimi “Qarabağ” futbol komandasının da qitə yarışlarındakı uğurları Avropanın futboldan uzaq futboluna “gözlənilməz zərbə” vurdu.

Təmkinini pozmayan Qurban Qurbanovun planlarını heç zaman çozə bilməyib oyuna artırılan dəqiqələrdəki “möcuzələr” nəticəsində “Qarabağın” əlindən xilas olsa da imcinə ciddi zərər dəymiş Avropa komandaları üçün bu mövsüm on miloynlarla Avroluq iqtisadi zərərdən çox, fürsət düşən kimi hər yerdə irəli şığıyıb rəqibi tərs küncə yatıran cəsur ağdamlılarla yadda qalacaq.

Xankəndinin bir addımlığdakı dağıdılmış Ağdam isə ermənipərəst Avropalı dipolmatların “Qarabağ oyunu”nda adətən  oyun başlayan kimi birbaşa “qırmızı kart”la cəzalandırıldığı tarixi bir Azərbaycan şəhərdir. Odur ki, hələ qarşıda böyük final  oyunumuz da var!  

Təbrkilər “Qarabağ”!

MİA.AZ