Rəsmi Moskva 227 amerikalı vəzifə sahiblərinin Rusiyaya girişinə qadağa qoyub.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama verib.
XİN-dən bildirilib ki, bu, ABŞ-ın Rusiyaya qarşı davamlı sanksiyalarına cavab olaraq qəbul olunub: "son olaraq 227 ABŞ rəsmisinin Rusiyaya girişinə qadağa qoyulub".
Məlumatda deyilir ki, qadağa qoyulan şəxslər arasında Rusiya əleyhinə fəaliyyət göstərən diplomatlar, iş adamları, jurnalistlər və akademiklər çoxluq təşkil edir: "Siyahıda ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller, Baydenin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Cek Sallivan vəs air məşhurların da adı var".
Lamiyə Əhmədli
MİA.AZ