Rusiyada məhkəmə "Google" şirkətni cərimələyib.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, buna səbəb "Google"nin "YouTube"da bəzi videolara girişi bloklamadığı olub.
Rusiya əleyhinə yayımlanan videolarla bağlı şirkətə müraciət olunsa da, buna müsbət cavab verilməyib: "Bu səbəbdən “Google” şirkətinə daha 4 milyon rubl məbləğində cərimə kəsilib".
Xatırladaq ki, Rusiya məhkəmələri "Google"ni əvvəllər də oxşar səbəblərə görə cərimələyib.
Lamiyə Əhmədli
MİA.AZ