Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinə yeni rəisi təyin edilib.
Məlumata görə, Daxili işlər naziri naziri general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Yasamal RPİ-nin rəisi polis polkovniki Cəmil Əmirov təyin edilib(Report).
Mia.az xatıladır ki, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi polis general-mayoru Nüsrət Şirinov ötən ay vəzifədən azad edilib.
Nüsrət Şirinov xidmətkeçmənin son yaş həddi ilə əlaqdar təqaüdə göndərilib.
Qeyd edək ki, N.Şirinov sabiq nazir Ramil Usubovun qaynıdır. O, 2011-2016-cı illərdə Daxili İşlər Nazirliyi Katibliyinin rəisi olub.
2016-cı ildən isə Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin rəisi idi.
MİA.AZ