Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Moskvanın şimal-şərqindəki İvanovo bölgəsində Rusiyaya məxsus hərbi nəqliyyat təyyarəsinin qanadında yanğın baş verib: "Moskva vaxtı ilə saat 13:00 radələrində İvanovo vilayətində İL-76 hərbi-nəqliyyat təyyarəsi planlı uçuşu yerinə yetirmək üçün havaya qalxarkən qəzaya uğrayıb...”.
Məlumatda təyyarədə 8 ekipaj üzvü və 7 sərnişinin olduğu bildirilsə də, onların taleyi haqda informasiya verilməyib.
Xatırladaq ki, qəza anının görüntülərində təyyarənin sağ qanadında yanğın çıxdığı və getdikcə alovun təyyarəni bürüdüyü aydın görünür.
Firudin Səfərli
MİA.AZ