Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı həftəlik məlumat yayıb.
Mia.az xəbər verir ki, bu barədə ANAMA-dan bildirilib ki, azad olunan ərazilərdə 4-10 mart 2024-cü il tarixi ərzində 63 tank əleyhinə mina, 128 piyada əleyhinə mina, 316 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.
Həmçinin, 997.1 hektar ərazi minalardan təmizlənib.