Xankəndidə xeyli silah-sursat aşkarlanıb.
Mia.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 5-də Xankəndi şəhəri ərazisindən 1 ədəd avtomat silahı, 1 ədəd tüfəng, 1 qumbara, 23 ədəd alışdırıcı, 11 patron darağı, 570 ədəd müxtəlif çaplı patron və digər sursatlar aşkar olunaraq götürülüb.