Rusiya NATO-nun genişlənməsinə qarşı tədbirlər görməyə başlayıb.
Mia.az Rusiya mətbuatına istinadla xəbər verir ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Müdafiə Nazirliyindəki müşavirədə söz açıb.
Nazir bildirib ki, NATO-nun genişlənməsi və Rusiya sərhədlərində hərbi potensialın yaradılmasına cavab olaraq iki yeni hərbi zona yaradılıb: "Bilirsiniz ki, NATO Rusiya sərhədləri yaxınlığında hərbi potensialını gücləndirib. Finlandiya NATO üzvü oldu, İsveç də Alyansa qoşulur. Bu səbəbdən, şimal-qərb və qərb strateji istiqamətlərdə qoşun birləşmələrini gücləndirmək üçün addımlar atdıq. Leninqrad və Moskva hərbi bölgələrini əhatə edəcək iki xüsusi strateji regional birlik formalaşdırılıb".
Lamiyə Əhmədli
MİA.AZ