Ukrayna ordusu Rusiyanın daha bir gəmisini vurub.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Kəşfiyyat Baş İdarəsi məlumat yayıb.
Bildirilib ki, Rusiyanın Qara Dəniz Donanmasına məxsus “Sergey Kotov” patrul gəmisi vurulub: "Ötən gecə Kerç boğazı yaxınlığında Rusiya Qara Dəniz Donanmasının “Sergey Kotov” patrul gəmisinə hücum uğurla başa çatıb. "Magura V5" pilotsuz dəniz vasitəsi ilə həyata keçirilən hücum nəticəsində Rusiya gəmisi ön, sağ və sol tərəflərinin vurularaq yararsız hala salınıb".
Açıqlamada gəmininUkrayna ərazi sularında vurulduğu bildirilib.
Zülfiyyə
MİA.AZ